İngiltərənin "Arsenal" klubunun çilili ulduzu Aleksis Sançesin sabiq sevgilisi Valentina Rotun "yataq etirafları" qalmaqal yaradıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Rot Çili telekanallarından birinə verdiyi müsahibəsində "iyrənc sir"lərdən bəhs edib.
"Aleksislə yataqda olanda onun iki komanda yoldaşı, sən demə, ayaqyolunda gizlənib bizim videomuzu çəkiblər. Bunu biləndə dərhal ondan ayrıldım. "Arsenal" fanatları onu sevə bilərlər, amma bu adama nifrət edirəm. Həmin gecə başıma gətirdiyi oyuna görə onu əsla bağışlamayacağam", - V.Rot deyib.
Milli.Az













