Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, giriş sözü ilə məktəbin şagirdləri çıxış edərək teatr haqqında biliklərini bölüşüblər.
Şagirdlər məktəbin akt zalında Azərbaycanın korifey aktyorlarının fotolarından ibarət hazırladıqları sərgi, "Arşın mal alan", "Meyvələrin söhbəti", "Vaqif", "Kərpickəsən qocanın nağılı" və digər əsərlərdən ifa etdikləri parçalarla teatr kollektivini özünəməxsus şəkildə təbrik ediblər.
Məktəb-liseyin direktoru Təhminə Əsədova və Səriyyə İsmayılova çıxış edərək teatr kollektivinə, müəllim və şagirdlərə öz minnətdarlıqlarını bildiriblər.
Sonda teatrın aktyoru İlham Əsədov şagirdlərin müşayiəti ilə "Azərbaycan" mahnısını səsləndirib.
Milli.Az