"Bir-birimizi sevirik və həyatımızın sonunadək birlikdə yaşamaq fikrindəyik. Deyilənlərə fikir vermirik. Cəmiyyətlə hesablaşmalıyıq, sözsüz. Amma insanların həyatımıza kobud müdaxilələrinə imkan vermək, bununla barışmaq niyyətində deyiləm".
 
İngiltərənin Kent qraflığındakı Bromli bölgəsinin Haberdeşir şəhərində yerləşən "Aske's Knights Academy" məktəbinin sabiq müəllifi, 40 yaşlı Ceffri Tomasın xanımı, 17 yaşlı Lili-Mey Quard belə deyir.
 
Lili müəlliminə 2 il əvvəl, 15 yaşı olanda aşiq olub.
Onlar ötən ildən bəri birlikdə yaşayırlar.
 
Lili 18 yaşına çatmadığından nikah hələlik qeyri-rəsmidir.
Buna rəğmən o, artıq hamilədir, ana olmağa hazırlaşır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şagirdinə aşiq olandan sonra Ceffri Tomasın ailəsində qalmaqallar başlanıb. Onun arvadı ərinin 12 yaşlı qıza vurulduğunu biləndə bu biabırçılığa dözməyib və evi tərk edib.
 
Lili-Mey 17 yaşında məktəbi bitirəndə isə Ceffri şagirdi ilə ər-arvad kimi yaşamağa başlamışdı.

C.Tomasın "eşq"i məktəb rəhbərliyinə bəlli olandan sonra o, işdən qovulub. Daha sonra isə Tomasa təhsil müəssisələrində çalışmaq yasaqlanıb.
Əri ilə birlikdə Vindzora köçən Lili-Mey yaşamlarının asan olmadığını söyləsə də, şikayətlənmir: "Əsas odur ki, bir-birimizi sevirik".

Milli.Az