İsveçlə Səudiyyə Ərəbistanının silah sövdələşməsi baş tutmayıb.

ANS PRESS-in məlumatına görə, Skandinaviya təmsilçisinin ərəblərlə olan silah sövdələşməsini pozmasından sonra bu dəfə Səud hökuməti Stokholmdakı səfiri Saad Əl-İbrahimi geri çağırıb.

Tərəflərin aralarının döyməsinə, sövdələşməyə son qoyulmasına səbəb isə İsveçin Xarici İşlər naziri Marqot Vollstromun Ərəb Liqası üçün hazırladığı çıxışın xoşagəlməz qarşılanması olub. Belə ki, ər-Riyad rəsmiləri onun çıxışını ölkələrinə qarşı təhqir hesab ediblər.

Qeyd edək ki, İsveç və Səudiyyə arasında milyonlarla dollarlıq silah eksportu sazişi on il qüvvədə olduqdan sonra gələn mayda başa çatmalı idi.
Mənbə
ANS PRESS