Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin məbləği 100 milyon manatdan bir qədər çox olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata əsasən, emissiya çərçivəsində hər birinin nominal dəyəri 0,27 manat olan 370 370 371 səhm buraxılıb.

Yerləşdirmədən sonra şirkətin nizamnamə kapitalı 590,2 miyon manatdan (2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə) 690,2 milyon manatadək artırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az