Dünyanın ən populyar televiziya şoularından biri, Britaniyanın BBC telekanalında nümayiş olunan "Top Gear"in qalmaqallı aparıcısı Ceremi Klarkson efirdən kənarlaşdırılıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 54 yaşlı C.Klarkson proqramın prodüseri, 36 yaşlı Oysin Taymonu döyməkdə suçlanır.
İddialara görə, "Top Gear"ın Nyukasl şəhərindəki çəkilişləri zamanı çəkiliş meydançasında naharı vaxtında verilmədiyinə görə Taymonu vuran Klarkson "Səni öldürəcəyəm, məhv edəcəyəm!" bağırıb.
 
BBC "Araşdırmalar başa çatanadək cənab Klarkson efirdən kənarlaşdırılıb" açıqlaması ilə kifayətlənib.
İnsident ötən həftə baş versə də, BBC rəhbərliyi bu barədə bazar ertəsi xəbər tutub.
Klarksonun efirdən kənqarlaşdırılmasına dünən qərar verilib.
 
"Top Gear"ın bundan sonrakı 2-3 buraxılışının efirdə olmayacağı da istisna edilmir.
 
Ceremi Klarkson isə sosial şəbəkələrdəki profillərində onun təxirə salınmış şousunun əvəzinə nümayiş olunması nəzərdə tutulan filmləri ələ salır.
"Top Gear" dünyanın ən populyar sənədli şousudur. Bu şouya dünyanın 200 ölkəsində baxırlar.
 
Şounun tamaşaçıları Klarksona tətbiq edilmiş cəzanın ləğvini istəyirlər və bununla bağlı onlayn müraciəti artıq 300 min insan imzalayıb.
Bu arada İTV telekanalı durumdan yararlanaraq Klarksona dəvət yollayıb və ona 10 milyon funt-sterlinq təklif edib.
 
Milli.Az