Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də gündüz saatlarında Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, “Fort” və “VAZ” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində baş verən yanğın zamanı “VAZ” markalı minik avtomobili yararsız vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 15:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bədən xəsarətləri almış sürücü isə Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.