Bakı, 11 mart, AZƏRTAC 
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov martın 13-də Saatlı şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbulda Saatlı, Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaş qəbulu Saatlı şəhərindəki Gənclər Mərkəzində saat 11-də keçiriləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin aparatı (012) 490-24-08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi (02121) 5-77-66, (02121) 5-52-45, (02123) 5-62-47.