Georgi Çoqovadze: Azərbaycan Gürcüstanın əsas turizm tərəfdaşlarından biridir
Tbilisi, 11 mart, Kamilla Əliyeva, AZƏRTAC
2015-ci ildə Gürcüstan özünün əsas turizm tərəfdaşları olan Azərbaycanda, Türkiyədə, Çində və Rusiyada marketinq kampaniyası keçirməyi planlaşdırır.
Bu sözləri Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze Azərbaycan, Qazaxıstan və Qırğızıstan KİV-lərinin nümayəndələri üçün təşkil olunan press-tur çərçivəsində keçirilmiş seminarda deyib.
Onun sözlərinə görə, Gürcüstan Qafqazın turizm mərkəzi olmasına cəhd edir və bu istiqamətin inkişaf strategiyası üzərində iş aparılır. G.Çoqovadze deyib: “Bu gün bizim üçün ənənələri və əfsanələri qoruyub saxlamağı nəzərdə tutan mədəni turizmin inkişaf etdirilməsi vacibdir. Bu, turistləri cəlb etmək üçün lazımdır. Biz Gürcüstanın turizm potensialını istər iştirak etdiyimiz, istərsə də yeni bazarlarda reklam etdirmək niyyətindəyik”.
Seminarda Gürcüstan Somelye Assosiasiyasının prezidenti Şalva Xetsuriani ölkədə şərab hazırlamaq üsullarından, habelə onun özəl xüsusiyyətlərindən danışıb. Assosiasiyanın prezidenti tədbir iştirakçılarını son vaxtlar gürcü şərabının və somelye sənətinin ölkədə populyarlaşması istiqamətində uğurla həyata keçirilən işlər barədə də məlumatlandırıb. Fəaliyyət standartlarının hazırlanması və somelyenin professional inkişafı seminarda müzakirə edilən ən mühüm məsələlər sırasında olub.
Ş.Xetsuriani deyib: “Məlumdur ki, gürcü şərabı ölkənin hüdudlarından kənarda yüksək dad keyfiyyətləri və təkrarolunmaz ətri ilə məşhurdur. İstehsal olunan şərabın böyük hissəsi MDB və Avropa ölkələrinə ixrac olunur. Gürcüstan şərabının əsas idxalçısı Rusiya, digər iri idxalçıları Qazaxıstan, Polşa, Belarus, Çindir”.
Qeyd edək ki, press-tur çərçivəsində Azərbaycan KİV-nin 9 nümayəndəsi artıq Tbilisidə olub. Onlar növbəti günlərdə Mtsxeta, Qudauri, Borjomi, Batumiyə gedəcəklər. Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ı multimedia və videoxəbər şöbəsinin müxbiri təmsil edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51