Rusiya nümayəndəsi SWIFT-in Direktorlar Şurasında yer alacaq
Bakı, 11 mart, AZƏRTAC
Rusiyanın nümayəndəsi beynəlxalq banklararası kommunikasiya sistemi olan SWIFT-in Direktorlar Şurasının tərkibinə daxil ediləcək.
AZƏRTAC RBK saytına istinadla xəbər verir ki, Rusiya bu sistemdə yeri ölkədə ödəmə trafikinin səviyyəsinin yüksəlməsi sayəsində qazanıb. Lakin Direktorlar Şurasının tərkibinə daxil olmaq hələ bu ölkənin hazırda gündəmdə olan SWIFT sistemindən çıxarılması təhlükəsinin sovuşması demək deyil.
Qəbul olunmuş qaydaya əsasən, SWIFT sistemi hər üç ildən bir iştirakçılar arasında aksiyanı yenidən yerləşdirir. Nəticədə hər bir ölkə sistemdəki trafikinin proporsionallığına müvafiq pay əldə edir.
2014-cü ildə aksiyanın yenidən yerləşdirilməsi Direktorlar Şurasının tərkibinin dəyişdirilməsinə gətirib çıxarıb.
“Rossvift” Assosiasiyasının icraçı direktoru Roman Çernov bildirib ki, 2014-cü ilin nəticələrinə görə, Rusiyada SWIFT sisteminin ödəmə trafikinin səviyyəsinin yüksəlməsi ona dünya üzrə bu sahədə 13-cü yeri tutmağa imkan verib. Ona görə də Rusiya bu sistemdə öz payını Direktorlar Şurasının tərkibinə namizəd irəli sürmək səviyyəsinədək artırmağa nail olub.
Honkonq və Niderland Direktorlar Şurasındakı yerlərini itirib. Onların yerini isə Rusiya və Belçika tutub.
Roman Çernovun sözlərinə görə, Rusiyadan namizədin irəli sürülməsi məsələsinə SWIFT-in bu il aprelin 16-da keçiriləcək biznes forumunda baxılacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51