Bir neçə gündən sonra Azərbaycanın paytaxtında konsert verəcək Sami Yusuf müasir Bakını bəyənməyib.

ANS PRESS-in məlumatına görə, bu gün azərbaycanlı jurnalistləri başına yığıb konsertlə bağlı mətbuat konfransı keçirən ifaçı maraqlı açıqlamalar verib.

O, Azərbaycanın inkişafından danışıb: "Ölkə çox inkişaf edib, dəyişib. Amma mən qədim Baklını görmək istərdim. Çayxanalr və sairə mənim üçün çox maraqlıdır. Göydələnləri mən başqa ölkələrdə də görürəm. Düzdür, Bakının inkişaf etməsi, gözəlləşməsi sevindiricidir".
Mənbə
ANS PRESS