Barbadoslu müğənni Rihannanın həyat və yaradıcılığına həsr olunmuş film çəkilir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Piter Berqin rejissorluğu ilə lentə alınacaq ekran işi sənədli film janrında olacaq.

Daha əvvəl “Dəniz döyüşü”ndə rol alan Rihanna bu dəfə də özünü aktrisa kimi sınayacaq. Piterin bildirdiyinə görə, yeni layihəsi Rihannanın dünya musiqisinin ikonuna necə çevrildiyini əks etdirəcək.