İsmayıllıda TSEK müşavirəsi
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, tədbirdə 14 rayonun (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Ağdaş, Göyçay, Ucar, Zərdab) Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) və səhiyyə müəssisələrinin məsul şəxsləri və əməkdaşları iştirak edib.
Müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirlik tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiq olunmasının əlillik təyinatı prosedurunun şəffaflaşdırılmasına, bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət etdiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, səhiyyə müəssisələri ilə TSEK-lər arasında əlillik müayinəsi üçün müvafiq məlumatların elektron mübadiləsinə imkan verən bu sistem vasitəsilə eyni zamanda elektron məlumat bazası da yaradılıb. Bu baza isə öz növbəsində aidiyyəti dövlət orqanının əlillik müayinələrinin nəticələri ilə bağlı müvafiq məlumatları elektron yolla əldə etməsinə imkan verir.
N.Məmmədov bu sistemin tətbiqi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq əmri ilə TSEK-lərə göndərişlərin elektron registrinin yaradıldığını, habelə “Tibbi-sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar üçün Tibbi-sosial ekspert komissiyasına göndəriş” formalarının təsdiq edildiyini bildirib: “Əlillik müayinələri artıq bu göndəriş formaları əsasında aparılır.
Hazırda səhiyyə müəssisələri tərəfindən bu göndərişlərin hazırlanması və elektron informasiya sistemi vasitəsilə TSEK-lərə göndərilməsi, həmin göndərişlərdə diaqnozun, eləcə də ağırlaşma hallarının düzgün və obyektiv müəyyən olunması üçün qarşıya çıxan məsələlərin birgə araşdırılmasına ehtiyac var. Bu müşavirədə də biz bu məsələləri müzakirə edəcəyik”.
Müşavirədə əlillik müayinəsi üçün göndəriş formalarının tərtib olunması prosedurunun təkmilləşdirilməsi, habelə həmin müayinənin nəticələrinin müvafiq beynəlxalq təsnifat əsasında rəsmiləşdirilməsi məsələləri geniş müzakirə olunub, ayrı-ayrı şəxslər tərəfindən təkliflər irəli sürülüb.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10