”Elə insanlar var ki, evi dollarla satır, alıcı isə manatla almaq istəyir. Buna görə də razılığa gələ bilmirlər”, - deyə rieltor Aydın Heydərov bildirib.
Hazırda Mingəçevirdə “xruşşovka” tipli binalarda 2-otaqlı mənzillər 25-28, orta mərtəbələrdə 32-35 min dollara alıcılara təklif edilir.
“Leninqrad” layihəli 2-otaqlı mənzillər 50, 3-otaqlılar 70-72 min dollara satılır. Alıcılar əsasən 1-2-otaqlı mənzillərə üstünlük verirlər. Ancaq rieltorlar hesab edirlər ki, manatın ucuzlaşması mənzil bazarında alıcı sayını azaldıb. Buna Rusiyadakı iqtisadi vəziyyət də təsirini göstərib.
Rieltorlar bildirirlər ki, bütün hallarda getdikcə evlərin bahalaşacağı gözlənilir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

