Hadı Rəcəbli: "Deyirlər ki, atam bilsə, məni öldürəcək"
ANS PRESS-in məlumatına görə, bunu Trend-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
O bildirib ki, son vaxtlar ona tez-tez kredit məsələləri ilə bağlı müraciət edilir: "Adam gəlir yanıma. Görürəm ki, kasıb gəncdir. Ağlayır ki, bəs kredit götürmüşəm, indi ödəyə bilmirəm. Atam bilsə, məni öldürəcək. Bəs krediti niyə götürüb? Bahalı telefon almaq üçün. Deyirəm ay bala, niyə 50 manatlıq telefon almırsan? Axı sən kasıb ailənin övladısan, niyə 1000 manatlıq telefon alırsan?"
Hadı Rəcəblinin fikrincə bu cür halları insanlara başa salmaq lazımdır. Komitə sədrinin fikrincə, bu tərbiyə bu gün evlərdə verilməlidir.
Geyim məsələsinə də toxunan Hadı Rəcəbli tələbələrin davranışı haqqında danışıb: "Baxırsan ki, tələbədir, Azərbaycan Tibb Universitetində oxuyur. Qrupda biri nazirin, biri iş adamının, digəri də kasıb ailənin qızıdır. Bir də görürsən ki, həmin kasıb qızı evinə gəlib atasına dirəşir ki, filankəsin qızı filan firmanın paltarını geyinir, mənə də ondan almalısan. Gedin, Lənkəran Dövlət Universitetindəki qızların geyiminə baxın. Ucuz paltarlar geyiniblər, amma görün onlara necə gözəl yaraşır. Bəlkə atasını məcbur edən qızın aldığı paltar heç həmin firmanın məhsulu deyil, saxtadır. Amma görürsən kişini borca saldı, evini yıxdı". Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51