Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 30 nəfər saxlanılıb
Bakı, 11 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 25 halda 30 nəfər saxlanılıb. Onların 15-i Azərbaycan, 5-i Gürcüstan, 4-ü Özbəkistan, 2-si Türkiyə, hər ölkədən bir nəfər olmaqla İran, Rusiya, Qırğızıstan və Moldova vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 11 nəfər, Xəzər dənizində 7 halda 10 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 218 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 12 kiloqram 648,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan bir cinayətkar dəstə zərərsizləşdirilib. Dəstə üzvlərindən iki nəfər cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir şəxs barəsində isə axtarış elan olunub. Başlanmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 57 halda ümumi dəyəri təqribən 334 min manat olan qaçaqmalın, o cümlədən 2 tüfəng, 130 patron, 1 pnevmatik avtomat, 1 pnevmatik tapança, 4 daraq, tank əleyhinə 2 mina, 1 beşbarmaq-bıçaq, bir bıçaq, 1810 pirotexniki vasitə, 780 qram qızıl zinət əşyaları, 8926 qutu siqaret, 288 mobil telefon, 700 min rial İran valyutası, 25 baş xırdabuynuzlu heyvan, 1 baş at, müxtəlif ölçülü və markalı 55 spirtli içki, 3100 metr tor, 2930 müxtəlif dərman preparatları, 423 kosmetik vasitə və digər istehlak malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56