Fevralda  dövlət sərhədini pozduqları üçün 25 halda 30 nəfər saxla­nılıb. Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, onların 15 nəfəri Azərbaycan, 5 nəfəri Gürcüstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə,  hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Rusiya Federasiyası, Qırğızıstan və Moldova  vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 11 nəfər, Xəzər dənizində 7  halda 10 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 218 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 16 halda 12 kiloqram 648,3 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­məsinin qarşısı alınıb.