Sərhədimizi pozan 30 nəfər saxlanıldı
ANS PRESS-in Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına istinadən verdiyi məlumata görə, onların 15 nəfəri Azərbaycan, 5 nəfəri Gürcüstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə, hər ölkədən bir nəfər olmaqla İran, Rusiya, Qırğızıstan və Moldova vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 11 nəfər, Xəzər dənizində 7 halda 10 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 218 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 12 kiloqram 648,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində qaçaqmalçılıq fəaliyyətilə məşğul olan bir cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən iki nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, bir nəfər şəxs barəsində isə axtarış elan olunmuşdur. Başlanmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 57 halda ümumi dəyəri təqribən 334 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd tüfəng, 130 ədəd patron, 1 ədəd pnevmatik avtomat, 1 ədəd pnevmatik tapança, 4 ədəd daraq, 2 ədəd tank əleyhinə mina, 1 ədəd beşbarmaq-bıçaq, 1 ədəd bıçaq, 1810 ədəd pirotexniki vasitə, 780 qram qızıl zinət əşyaları, 8926 qutu siqaret, 288 ədəd mobil telefon, 700000 rial İran İslam Respublikasının valyutası, 25 baş xırda buynuzlu heyvan, 1 baş at, 55 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 3100 metr tor, 2930 ədəd müxtəlif dərman preparatları, 423 ədəd kosmetik vasitələr və digər istehlak malları saxlanılıb.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10