"W-trio" yenidən bir araya gələ bilər, bu mümkünsüz deyil. Mən həmişə onlarla birləşib, nəsə etmək istəmişəm. Bir dəfə də onlar addım atsınlar. Adam paxıl olmaz".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Röya Ayxan "Solo" verilişində deyib.

O, bir zamanlar üzvü olduğu qrupun solistləri ilə konsert vermək istədiyini bildirib:
 
"Mən onlara qarşı addım atdım. Qızlardan cavab gəlmədi. Bir dəfə zəng edib desinlər ki, Röya, belə layihə var, bunu gerçəkləşdirək.

Beyons da qrupdan çıxıb. Tez-tez qızları başına yığıb, konsert verir. Hərə öz yerini bilsə, gözəl olar".

Milli.Az