Bakıda ağır yol qəzası olub. Dünən saat 22 radələrində Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində 36 yaşlı Ramil Haciyev idarə etdiyi “Toyota Corolla” markalı 99-GP-079 dövlət nömrə nişanlı maşını aşırıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, qəza zamanı sürücü aldığı xəsarətdən dünyasını dəyişib. Qəzaya səbəb yüksək sürət olub. Maşın ilk olaraq səkiyə dəyib, sonra isə aşıb. Hazırda araşdırma aparılır.

Gülər
Milli.Az