Bu gün səhər saatlarında Bakı Metropolitenində bədbəxt hadisə baş verib.
Lent.az-ın anspress-ə istinadən məlumatına görə, metronun “Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss etməyə başlayıb.
Dərhal təcili yardım xidmətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin bildirib ki, ölən vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi üzrə iş aparır.
Faktla bağlı araşdırma aparılır.
