[ 11 Mart 2015 09:19 ]
Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 48,88 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,47 dollar qalxaraq 56,86 dollar olub.
Qeyd edək ki, ötən gün baş tutan hərracda Brent markalı neftin qiyməti 58 dollar ətrafında dövr edib.