Bakı, 11 mart, AZƏRTAC
“Günəşli” yatağındakı 15 nömrəli dərin dəniz özülündən 285 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu fasilə lay dəstəsindən, 3030-3011 metr intervaldan gündəlik 60 ton neft və 15 min kubmetr təbii qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “28 May” neft və qaz çıxarma idarəsi tərəfindən həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.