Tanınmış aktyor Al Paçino sonuncu açıqlamaları ilə yenidən gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, 74 yaşlı veteran aktyor bu yaxınlarda "Total Film magazine" jurnalına müsahibəsində evlənmə ehtimalının olduğunu bildirib. "Əlbəttə, evlilik mümkündür. Mən heç vaxt "heç vaxt" demirəm. Bizim evlənmək ehtimalımız da çox böyükdür. Niyə də yox?", - deyən aktyor əlavə edib ki, ola bilsin, tezliklə pərəstişkarları onun toy xəbərini eşitsinlər.

Qeyd edək ki, 74 yaşlı Al Paçinonun Cen Tarrantdan 25 yaşlı bir qızı, ajktrisa Beverli D-Angelodan isə 14 yaşlı əkiz oğlu və qızı var. Onun sonuncu sevgilisi isə 35 yaşlı argentinalı aktrisa Lüsil Soladır.









Mənbə
ANS PRESS