Ermənistanın baş naziri Ovik Abraamyan martın 11-də Küveytə ikigünlük səfərlə gedir.

ANS PRESS-in məlumatına görə, hökumətin mətbuat xidməti bildirib ki, O.Abraamyanın Küveyt əmiri, parlamentin sədri və baş nazirlə, eləcə də Erməni icmasının nümayəndələri ilə görüşц planlaşdırılır.

Ermənistanın baş naziri həmçinin ölkənin investisiya agentliyinin, sənaye-ticarət palatasının və Küveyt Fondunun rəhbərliyiylə görüşləri nəzərdə tutulur.

Məqsəd məlumdur: "İqtisadi tənəzzül dövrünü yaşayan Ermənistan üçün maddi yardım istəmək".

İrəvan hakimiyyəti bu dəfə də biclik işlədir. Onlar köhnə peşələrinə sadiq qalaraq növbəti səfərlərini imkanlı ərəb ölkələrinə salmaqla, varlı ərəblərdən pul dilənmək, bununlada qazandıqları vəsaitlə düşdükləri böhranlı vəziyyətdən çıxmaq istəyirlər.
Mənbə
ANS PRESS