Bakının Sabunçu rayonunda 8 mart gecəsi qadın onu təbrik etməyə gələn sevgilisini evində qətlə yetirib.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, 40 yaşlı Yelena Marxova insident zamanı 49 yaşlı Sabir Qurbanovunu öldürüb.

Hadisə qadının evində baş verib. Bayram günü qadını təbrik etməyə gələn kişi evə qonaq dəvət olunubmuş. Hədiyyəni təqdim edib və sonradan süfrə qurulub.

Yeyib-içdikdən sonra sevgililər arasında insident yaşanıb. Kişi qadına əsəbləşib. Onu vurub.

Yelena Marxova isə bunun əvəzində çaxır butulkasını sevgilisinin başına vurub. Daha sonra stolun üstündəki bıçaqla onun qarnına bir neçə zərbə endirib.

Hadisəni içkinin təsiri altında törətdiyini deyən qadın, sonradan nə etdiyinin fərqinə varıb. Özünü toplayaraq polisə zəng edib.

Sevgilisini öldürən qadını polis saxlayıb.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS