Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə təlimlərə başlanılıb
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) maliyyə üzrə təlimlərə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ADİU-nun təcrübə və işədüzəltmə şöbəsinin rəhbəri Fuad Əliyev bildirib ki, bu təlimlərlə ADİU ilə QKDK arasında yanvarın 28-də imzalanan təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumunun icrasına başlanılır. Təlimlərdən başqa, memorandum çərçivəsində bu günlərdə ADİU-nun 30 tələbəsi QKDK-da istehsalat təcrübəsinə başlayacaq. Həmçinin ADİU-nun qiymətli kağızlar bazarı üzrə tədris proqramlarının təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşdırılması üzərində Komitənin ekspertləri ilə birgə iş aparılır.
Kapital Bazarı üzrə Təlim Mərkəzinin direktoru Cəmilə Məmmədova təlimlərin məqsədindən danışıb. Bildirib ki, burada tələbələr maliyyə bazarları haqqında təməl bilikləri əldə edəcəklər. Növbəti mərhələdə isə elçilərin (Kapital bazarının bələdçiləri) seçilməsinə başlanılacaq. Elçilər yüksək nəticə göstərən tələbələr arasından seçiləcək və onlara öyrəndiklərini tətbiq etmək imkanı yaradılacaq. Sonuncu mərhələdə isə yüksək nəticə göstərən tələbələr QKDK-nın funksional şöbələrində, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasında, broker şirkətlərində iş təcrübəsinə cəlb ediləcəklər. Proqramı uğurla başa vuran tələbələr əmək bazarında əvəzolunmaz kadrlar hesab olunacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56