Qahirə, 10 mart, AZƏRTAC
Martın 10-da Şimali Sinay əyalətinin inzibati mərkəzi Əl-Ariş şəhərində təhlükəsizlik qüvvələrinin kazarması yaxınlığında güclü partlayış baş verib. Bu barədə məlumatı Misir KİV-ləri ölkənin hüquq mühafizə orqanlarına istinadla yayıb.
İlkin məlumata görə, partlayış nəticəsində təqribən 30 polis müxtəlif dərəcəli xəsarət alıb. Hazırda terror aktı nəticəsində ölənlərin olub-olmaması barədə məlumat yoxlanılır.
Bildirilib ki, partladıcı qurğunu terrorçu-kamikadze işə salıb. O, minalanmış avtomobili partladıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə