Bakı, 10 mart, AZƏRTAC
Cari ilin fevral ayında ölkə enerji sistemində 2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Məlumata görə, cari ilin ötən 2 ayı ərzində isə 4,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.