Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası və Sloveniya Respublikasına rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir Xorvatiya Respublikasının Müdafiə naziri Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada səfərdə olacaq.

Bununla yanaşı, Zakir Həsənov Sloveniya Respublikasının Müdafiə naziri Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada da səfərdə olacaq.

Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Mənbə
ANS PRESS