Amma gün ərzində 2-2,5 litr su içmək insanı bezdirə bilər. Əgər sizdə adi su içməkdən bezmisinizsə onda ANS PRESS-in təklif etdiyi bu detoks üsullarından istifadə edə bilərsiniz.
Bu detoksları evdə asanlıla hazırlayıb zövq ala bilərsiniz.
Nanə və limon
Bir qab suyun içərisinə nanə yarpaqları və limon dilimləri atıb qarışdırın. Soyuducuda bir necə saat saxladıqdan sonra nuş edə bilərsiniz.
Qarpız
Su sürahisinə qarpız dilimləri ilə yanaşı nanə də ata bilərsiniz.
Xiyar
Xiyar günə yaxşı başlamaq üçün yaxşı vasitədir. Su ilə dolu qaba xiyar dilimləri və limon atın. Nanə yarpaqları da detoksunuza ətir və dad qatacaq.
Çiyələk
Kalorosi olduqca az olan bir içkidir. Çiyələkləri dilimləyin suyla qarışdırın. Zövqə görə nanə yarpağı da əlavə edə bilərsiniz.


Zəncəfil
Zəncəfil həm daxili sağlamlıq, həm də xarici gözəllik üçün ən faydalı vasitədir. Bu ədvadan pəhriz saxlayanlar geniş istifadə edə bilər. Zəncəfil detoksu üçün yarım zəncəfilin üzərinə limon sıxın. Sonra isə onu suyla qatın.
Qreypfurt detoksu
C vitamini ilə olduqca zəngindir. Meyvə dilimlərini nanə yarpaqları ilə buzlu suya qatın.



Limon detoksu
Bir limonun suyunu bir litr suya sıxaraq için. Bu xüsusilə yayda həm sərinlik verəcək, həm də detoks təsiri göstərəcək.
Darçın və alma detoksu
Almaları dilimləyib bir sürahi suya tökün. Bir çubuq darçın ətirli dad verəcək. Yeməkdən öncə qəbul etmək məsləhətdir.
Portağal detoksu
Səhərləri bu meyvənin şirəsini içmək günə gümrah başlamağa kömək edir. Amma səhər portağal sıxmağa həvəsiniz yoxdur sa bu detoks sizə görədir. Sadəcə portağalı dilimləyin və suya qatın.



Mənbə
ANS PRESS