Bakı, 10 mart, AZƏRTAC
Ş.İ.Xətai prospektindən “Ramstor” qovşağı vasitəsilə Heydər Əliyev prospektinin əsas yoluna, eyni zamanda Y.Səfərov küçəsindən və Babək prospektindən Heydər Əliyev prospektinin köməkçi hissəsinə daxil olan nəqliyyat vasitələri manevr edən zaman həmin ərazidə görüntü imkanları məhdud olduğu üçün böyük çətinliklərlə qarşılaşırdı. Buna görə də görüntünün daha aydın olduğu ərazidə təxminən 250 metr qarşıda 25 metr məsafədə ayırıcı zolaq götürülərək əsas yoldan köməkçi yola maneəsiz keçmək üçün xüsusi yer hazırlanıb. Bu gündən etibarən həmin ərazidə hərəkət istiqamətini göstərən nişanlar quraşdırılacaq.
Bu barədə AZƏRTAC-a “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.