Yanğın hadisəsi rayonun Qaysarlı kəndində qeydə alınıb. Nazim Hümbət oğlu İbrahimova məxsus, 4 otaq və 2 aynəbənddən ibarət ikimərtəbəli fərdi yaşayış evi yanıb. Evdəkilərin hadisədən gec xəbər tutması nəticəsində tikili əşyalarla birlikdə külə dönüb. Evdən sənədlər və qızıl-zinyət əşyalarını da çıxarmaq mümkün olmayıb.
Hadisə zamanı evdə Nazim İbrahimovun yaşlı anası və oğlu olub. Nazim və həyat yoldaşı isə həyətdəki köməkçi tikilidə olublar. Nazimin sözlərinə görə, əraziyə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Gecə şam yanılı qalıb. Elə yanğına da şamın aşması səbəb olub. Evdəkilər yuxuda ikən alov bütün evi bürüyüb. Faktla bağlı araşdırma aparılır.
Region TV
Videonu izləmək üçün şəklə klikləyin.

