Misirin Sinay yarımadasında partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, "Reuters" agentliyinin məlumatına görə, partlayış nəticəsində azı 25 nəfər yaralanıb.

Onların hamısı polis əməkdaşlarıdır.

Bəzi məlumatlara görə, 1 nəfər də ölüb, lakin bu məlumat hələlik rəsmən təsdiqlənməyib.

Polisin məlumatına görə, partlayışı avtomobili ilə polis kazarmasının divarına yaxınlaşan terrorçu-kamikadze törədib.
Mənbə
Reuters