Helikopterlərin toqquşması nəticəsində sağ qurtulan olmayıb
Fransa məşhurlarının qatıldığı “Survivor” yarışmasının iştirakçılarını daşıyan iki helikopter havada toqquşub. Lent.az-ın məlumatına görə, hadisə Argentinada, And dağları istiqamətində baş verib. Ən azı 10 nəfər qəza zamanı həyatını itirib. Ölənlər arasında texniki heyətlə yanaşı məşhur şəxslər eləcə də, 2 olimpiya çempionu da var.
Bildirilir ki, qəzadan sağ qurtulan olmayıb.
Məşhur veteran futbolçu Silvian Viltord və digər məşhurlar yarışmada iştirak etsələr də, qəzaya düşən helikopterdə olmayıblar.






