Vasif Məhərrəmli maraqlı açıqlama verib.
 
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, mətbəxdən gen qaçıb, uzaq gəzdiyini deyən Vasif Məhərrəmli ancaq məcburiyyət qarşısında özünə qulluq edəcəyini deyib.
  
“Yemək bişirmək, mətbəxdə vaxt keçirməklə ömür boyu aram olmayıb. Bundan sonra da olmayacaq. Əgər evdə heç kim olmasa, qabları da yuyaram, təmizlik də edərəm.
 
Qolumu çırmalasam, hətta hamıdan yaxşı bacararam. Təmizliyə xüsusi diqqət yetirirəm. Görsəm ki, qablar çirkli qalıb, yumamış yata bilmərəm”.

Milli.Az