Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlinin sifarişçiləri olmayıb.

 

APA-nın məlumatına görə, bu barədə “Rosbalt” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

İlkin versiyaya əsasən,  cinayəti “Şimal” xüsusi batalyonunun keçmiş döyüşçüləri Zaur Dadayev və Beslan Şavanov birgə planlaşdıraraq həyata keçiriblər.

 

“İşdə olan dəlil-sübutlar, şahidlərin və əsas müttəhimin ifadəsinə əsasən  belə nəticəyə gəlmək olar ki, qətl Dadayev və Şavanovun şəxsi təşəbbüsü ilə baş tutub”, mənbə bildirib.

 

Xatırladaq ki, Zaur Dadayev martın 6-da İnquşetiya ərazisində yaxalanıb. Moskvanın Basman Rayon Məhkəməsinin qərarı ilə Z. Dadayev barəsində həbs qətimkan tədbiri seçilib. Beslan Şavanov isə Çeçenistanda saxlanılarkən həlak olub.