Rusiyada qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun müttəfiqi İlya Yaşin sui-qəsdin islamçılarla bağlı olmasının mümkünlüyünə şübhə ilə yanaşır.İlya Yaşin: "Qətlin sifarişçisi isə azadlıqda gəzəcək"
Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu haqda Nemtsovun partiyasının həmsədri Yaşin özünün Twitter səhifəsində yazıb.
Yaşin qeyd edib ki, tətiyi çəkən mühakimə olunacaq, qətlin sifarişçisi isə azadlıqda gəzəcək.
Qeyd edək ki, martın 8-də əslən çeçen olan Zaur Dadaev və Anzor Qubaşevə qarşı rəsmi ittiham irəli sürülüb.
Dadaev bu qətli törətdiyini etiraf edib, Qubaşev isə ittihamı rədd edir.
Milli.Az