Latviya Xarici İşlər Nazirliyində “Şərq Tərəfdaşlığı” biznes forumu ilə bağlı müzakirələr aparılıb
Riqa, 9 mart, AZƏRTAC
Latviyanın xarici işlər naziri Edqar Rinkeviç “BusinessEurope” Avropa Biznes Konfederasiyasının baş direktoru Markus Beyrer ilə görüşüb.
Latviya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Şərq Tərəfdaşlığı” ölkələrinin biznes forumunun keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Bu ilin mayında keçiriləcək biznes forum Latviyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövrünün ən iri tədbiri olacaq.
Xarici işlər naziri bildirib ki, “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi Latviyanın sədrliyinin başlıca prioritetlərindən biridir. “Şərq Tərəfdaşlığı”nın böyük əhəmiyyətini təsdiq etmək üçün Riqada bu proqramla bağlı silsilə tədbirlər, o cümlədən işgüzar forum təşkil olunacaq. Forumda “Şərq Tərəfdaşlığı”, Avropa İttifaqı ölkələrinin və əməkdaşlıqda maraqlı olan digər ölkələrin işgüzar dairələrinin geniş iştirakı nəzərdə tutulub.
Mayın 21-də keçirilməsi nəzərdə tutulan biznes forumda Aİ, “Şərq Tərəfdaşlığı” ölkələrindən və əməkdaşlıqda maraqlı olan digər ölkələrdən təqribən 500 nümayəndə iştirak edəcək. Biznes forumun əsas təşkilatçıları “BusinessEurope” Avropa Biznes Konfederasiyası, Latviya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq şəraitində Latviya İşəgötürənlər Konfederasiyasıdır (LDDK). İqtisadi və Sosial İşlər üzrə Avropa Komitəsinin İşçi qrupu, Avropa İnvestisiya Bankının, habelə “Eurochambres” Avropa Ticarət-Sənaye Palataları Assosiasiyası biznes forumda strateji tərəfdaşlar qismində iştirak edəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51