Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi Aşıq Əhlimanın 60 illik yubileyi qeyd edilib
Bakı, 9 mart, Abdulla Suvar, AZƏRTAC
Martın 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Şirvan aşıq mühitinin yetirməsi, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimovun 60 illik yubileyi qeyd olunub
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Aşıq Əhlimanı 60 illik yubileyi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, Əhliman Rəhimov aşıq sənətinə hörmət gətirən, onu zənginləşdirən, bu sənətin inkişafına böyük təkan verən ifaçılardandır.
Qeyd edilib ki, Ə.Rəhimov 1955-ci il martın 10-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Hazırda vaxtilə təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətini elmi əsaslarla tədris edir.
Şirvan aşıq məktəbinin qədim ənənələrindən söz açan Zəlimxan Yaqub deyib ki, bu ənənələr Aşıq Əhliman kimi sənət adamlarının timsalında yüksək səviyyədə, ləyaqətlə qorunur və davam etdirilir.
Azərbaycan Aşıqlar Birliyinin sədri əminliklə vurğulayıb ki, yubilyar hələ qarşıdakı neçə-neçə onilliklərdə Dədə Qorqud yadigarı olan qədim saz-söz sənətimizin inkişafına, gələcək nəsillərə çatdırılmasına töhfələr verəcək.
Tədbirin aparıcısı, professor Qəzənfər Paşayev Aşıq Əhliman Rəhimovun sənət yolundan, ifaçılıq məharətindən, gənc aşıqların yetişməsindəki xidmətlərindən söz açıb. Bildirib ki, o, bir alim kimi də bu sənətin təbliğinə, inkişafına yardımçı olur. Belə ki, aşıq-alimin gərgin axtarışları sayəsində ərsəyə gətirdiyi kitablar Şirvan aşıq mühitinin neçə-neçə yaradıcı simasının daha geniş auditoriyaya təqdim olunmasına, onların yaradıcılıq irsinin tədqiqinə təkan verib.
Gecədə akademik Vasim Məmmədəliyev, professor Məhərrəm Qasımlı və başqaları çıxış edərək yubilyara ən xoş arzularını çatdırıblar.
Vurğulanıb ki, şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhlimanın sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir. Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislərin hamısı sazın qəlbləri ovsunlayan cingiltisi ilə gözəl səsin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir.
Tədbirdə ustad aşığın sənət dostları, tələbələri çıxış edərək, onun sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.
İrandan gəlmiş aşıqlar da ifaları ilə yubilyarı təbrik ediblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56