Saatlıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Dəlilər kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavan hissəsi 14 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.