Xalq artisti Gülyaz Məmmədova “Region TV”də yayımlanan “Şou məkan” verilişinə eksklüziv açıqlamalar verib.

Müğənni-xanəndə xarici görünüşü və arıq qalmasının sirləri haqda danışıb:

“Geyimlərimdən çox razıyam. Ola bilər ki, bəzən duetlər düz gəlmir. Bu yaxınlarda elə bir şey oldu. Mən başqa, Gülyanaq tamam başqa geyinmişdik. Biz bu sənətə muğamla gəlmişik, geyimlərimizi də ifamıza uyğun seçirik. Amma müasir geyimlərimiz də olub. İstəmirik ki, geyimlərimizdə artıq-əksik nəsə olsun. Bir ara saçımı saraltmışdım. Şəkildə görənlər dedilər ki, nə gözəl yaraşır. Amma həyatda məni görən hamı dedi ki, nə yaşlı görünürsən. Məncə, belə uzun saç daha çox yaraşır mənə. Məndən necə arıq qala bildiyimi soruşanda zarafatla deyirəm ki, siz də mənim kimi gündə ən azı 7 dəfə yemək yesəniz, arıq qalarsınız. Çox yeyənəm, yeməkdən imtina etmərəm. İşlərin dalınca çox ora-bura qaçdığım üçün arıq qalıram. Amma bir ara kökəlmişdim də. Çalışacağam ki, kökəlməyim”.

Tanınmış sənətçi şəxsi həyatı ilə bağlı bunları söyləyib: “Mənim şəxsi həyatım gizli deyil. Bir oğlum var, sənətimlə məşğulam. Burada gizlədiləsi bir şey yoxdur. Hər zaman düşünmüşəm ki, müğənni-xanəndə olmasaydım, kim olardım. Yəqin, yaxşı evdar xanım olardım, ailəmə bağlı birisi olardım. Rəqslə də məşğul olmaq istəmişəm uşaq vaxtı. Amma ən çox istədiyim arzumun dalınca getdim”.

Milli.Az