BMT-nin insan hüquqları üzrə baş komissarı Zeyd Raad əl-Hüseyn Ermənistanı insan hüquqları üzrə prinsiplərə riayət etməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, baş komissar bir sıra ölkələrdə, o cümlədən Ermənistanda, Rusiyada və Türkiyədə sərbəst fikir ifadəsinin azadlığına qoyulan məhdudiyyətlərlə əlaqədar narahatlığını bildirib.

O, günahsızları qorxudan hakimiyyətlərə qarşı mübarizə aparılmasının zəruriliyini söyləyib və həmin ölkələrdə iqtidarları israrla insan hüquqları prinsiplərinə riayət etməyə çağırıb: "Bu məsələ bizi dərin şəkildə narahat edir. Çox ölkələrdə fikir ifadəsi azadlığını məhdudlaşdırırlar. Belə ölkələrdə - Ermənistan, Banqladeş, Burundi, Konqonun Demokratik Respublikası, Misir, Macarıstan, Fələstin, Rusiya, Səudiyyə Ərəbistanı, Tanzaniya, Tailand, Türkiyə, Venesuela, Vyetnam və Myanmada islahatlara ehtiyac var."
Mənbə
ANS PRESS