Bakıda “Milli Ön” terminalı soyuldu. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, terminaldan 1430 manat oğurlanıb.

Hadisə martın 6-da N.Nərimanov prospektində yerləşən “Komtec LTD” MMC-nin qarşısında baş verib.

MMC-nin qarşısındakı “Milli Ön” terminalından 1430 manat oğurlayan şəxs Abşeron rayon sakini Rəşad Süleymanov olub.

O, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Mənbə
ANS PRESS