Həmyerlisini öldürən Beyləqan sakini tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən evrdiyi məlumata görə, əməliyyat Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Baxşəliyev tutulub. O, həmkəndlisini öldürdüyü üçün saxlanılıb.

Qeyd edək ki, martın 7-də Beyləqan rayonunun 1-ci Şahsevənli kəndində kənd sakini Şəhriyar Baxşəliyev münaqişə zəminində həmkəndlisi Hümbət Abdullayevi itələyərək yıxıb.

H. Abdullayevin başı daşa dəydiyindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır


Mənbə
ANS PRESS