Müğənni Röya Ayxanın türkiyəli həmkarı Soner Sarıkabadayı ilə konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən gecədən fotolar sosial şəbəkədə yayılıb.

“Onlar”a açıqlama verən Röya Sonerlə duet oxuyacağı haqda xəbər verib:

“Hamı elə bilir ki, mən Gülşənlə duet oxuyacam. Amma Soner Sarıkabadıyı ilə duetim olacaq. Türkiyədə işıq üzü görəcək albomda yer alacaq. Gülşənin bəstəsini oxuyacam. Sosial şəbəkədə bu haqda mənə çox sual verirlər. Utanıram… Birdən Gülşən oxuyar, elə düşünər ki, özümü onunla reklam edirəm”.