APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 7-də Beyləqan rayonunun 1-ci Şahsevənli kəndində kənd sakini Şəhriyar Baxşəliyev münaqişə zəminində həmkəndlisi Hümbət Abdullayevi itələyərək yıxıb. H.Abdullayevin başı daşa dəydiyindən hadisə yerində ölüb.Həmyerlisini öldürən Beyləqan sakini tutulub
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Baxşəliyev tutulub.
Milli.Az