Xüsusən gecə saatlarında kənd ərazisində görünən yırtıcılar sahibsiz qalan heyvanlara hücum edirlər.
Kənd sakinlərinin sözlərinə görə, canavarlar kəndin içində sərbəst şəkildə hərəkət edir ki, bu da onları narahat edir.
Qeyd edək ki, Ağstafanın Dağkəsəmən kəndinə canavarlar bir müddət öncə də hücum edərək, iki uzunqulağı parçalamışdı.
Milli.Az