Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çelik bu dəfə “Benimki de kalp” (“Mənimki də ürək”) mahnısı üçün obyektivlər qarşısına keçib.
İdeyanın özünə aid olduğunu deyən ifaçı şəklinə belə izah verib:
“Burada kişi – ağıl, qadın – iradə, alma isə dünya deməkdir. Bu sözlərin sətiraltı mənası ədalət, sülh və mərhəmət anlayışlarıdır”.
Müğənni bildirib ki, bu mahnısına klip də çəkdirəcək və o, mükafata layiq görüləcək.
