"Onu sevdiyimi, bəlkə də, hamıdan sonra anladı. Tam bir il ərzində hər gün ona evlənməyi təklif etdim. Ən müxtəlif vaxtlarda, müxtəlif yerlərdə. Sonra həmin çəkilişləri bir araya gətirərək videoya döndərdim və sevgilimə evlənməyi təklif etdim. O da razılaşdı, həyatını mənimlə birlikdə yaşamağa etiraz etmədi".
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, amerikalı Din Smit sevgilisi Cennifer Kesselə dünyanın, bəlkə də, ən sürəkli və romantik evlənmə təklifini ünvanlayıb.
 
Din Smit 365 gün ərzində hər gün "Mənimlə evlənərsən?" və "Səni sevirəm" yazılmış kağızların göstərildiyi kadrlar çəkib.
Sonda həmin kadrlar birləşdirilərək videoya dönüb.
 
Videonun son kandrlarında Dinin Cenniferə evlənmə təklifi yer alıb.
 
Milli.Az
 



Videonu izləmək üçün şəkilə klikləyin.

фото